"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

A.Cavadov: “Bələdiyyə ilk növbədə özünə inzibati bina tikmək niyyətindədir” –EKSPRESS SORÄžU

--2017-04-11 / 17:39

Belediyye.infonun suallarını Oğuz bələdiyyəsinin sədri Arif Cavadov cavablandırır:

 -       Sakinlər tərəfindən bələdiyyə vergilərinin vaxtında - problemsiz ödənişi üçün  rəhbərlik etdiyiniz bələdiyyə tərəfindən hansı addımlar atılır?

-       Vergi barədə bildirişlər vaxtında çatdırılır, yerli mətbu orqanı vasitəsi ilə məlumat xarakterli  yazılar dərc edilir, bələdiyyə üzvləri və icra aparatı işçiləri tərəfindən tədiyyəçilərlə fərdi söhbətlər aparılır, yığılmış vəsaitin hara xərclənməsi və xərclənəcəyi barədə açıqlamalar verilir və s.

-       2017-ci ildə bələdiyyənizdən hansı istiqamətdə irəliləyişlər gözləyirsiniz?

-       2017-ci ildə bələdiyyəmiz şəhərin abadlaşdırılması, yaşıllaşdırılması istiqamətində işlər görməyi planlaşdırır. əgər vəsait toplanarsa maddi baxımdan vəziyyəti gərgin olan bir qrup şəhər sakininin yaşayış vəziyyətini yüngülləşdirmək üçün səy göstərəcəyik. Birinci növbədə bələdiyyə özünə inzibati bina tikmək fikrindədir.

-       Bələdiyyə  büdcəsinə   onlayn və ya  stasionar ödəniş terminallarından daxil olan ödənişin səviyyəsi hansı vəziyyətdədir?

-       Bələdiyyə büdcəsinə daxil olmalar hələlik ancaq bank və poçt vasitəsilə həyata keçirilir.

-       Bələdiyyənin maliyyə vəziyyətinin yaxşılşadırılması üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac var?

-       əvvələr avtomaşın və kənd təsərrüfatı texnikalarına texniki baxış zamanı ödəmələr bələdiyyə büdcəsinə keçirilirdi. Bu proses sonradan ləğv edildi. Bərpa olunsa yaxşı olar. Bir də torpaqların 11 aylıq icarəyə verilməsinə icazə verilsə yaxşı olar. əvvəllər bu qanun işləyirdi. Ancaq 2008-ci ildən ləğv olunub.

-       Bu gün bələdiyyə  qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini  təklif edərdiniz?

-       əmlak və torpaq alqı-satqısı zaman Notariat kontorları torpaq satanlardan bələdiyyəyə vergi borcu olub- olmaması barədə arayış tələb etmələri yaxşı nəticə verərdi və s. Bələdiyyənin qanunvericilik bazası güclüdür. Bununla yanaşı  bələdiyyələrə dövlət aktları verilməlidir.

Belediyye.info        

ŞƏRHLƏR